
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin də formasını geydiyi Monteneqro millisi növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, komanda səfərdə Slovakiya ilə üz-üzə gəlib.
Görüş heç-heçə yekunlaşıb – 2:2.
Yankoviç də bu görüşün iştirakçısı olub. Görüşə start heyətində başlayan Marko 69-cu dəqiqədə, hesab 2:1 Monteneqronun xeyrinə olarkən əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



