“Neftçi”nin keçmiş prezidenti vəfat edib

“Neftçi” klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib.

Komanda.az xəbər verir ki, 60 yaşlı keçmiş klub rəhbərinin ürək tutması səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Sabiq prezident 2009-2015-ci illərdə “ağ-qaralar”ın rəhbəri olub.

Klub bu dönəmdə üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button