“Liverpul”dan ayrılan futbolçu “Tottenhem”də – Rəsmi

“Liverpul”dan ayrılan Endryu Robertsonun yeni klubu bəlli olub.

Komanda.az xəbər verir ki, şotlandiyalı futbolçu “Tottenhem”lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı sol cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. O, yeni komandasına 1 iyul tarixində qoşulacaq.

Endryu Robertson 2025/26 mövsümündə “Liverpul”un heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button