
“Sabah”a ilk kubokunu qazandıran məşqçi istefaya göndərildi
Rusiyanın “Ural” klubu baş məşqçi Vasili Berezutski ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Ekaterinburq təmsilçisinin prezidenti Qriqori İvanov “RB Sport”-a açıqlamasında deyib.
2024/25 mövsümündə “Sabah”ı çalışdıran və kluba tarixində ilk dəfə ölkə kubokunu qazandıran Berezutski daha sonra “Ural”a baş məşqçi təyin edilmişdi. Ekaterinburq təmsilçisi Rusiya 1-ci liqasını üçüncü sırada bitirib və elitaya vəsiqə qazana bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



