
“Sabah”ın yay hazırlıq planı bilindi
“Sabah” klubunun yay təlim-məşq toplanışı üçün planı bəlli olub.
Bu barədə Komanda.az-a Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq. Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanış iyulun 3-dək davam edəcək.
Hazırlıq çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



