
Del Boske Peresə qarşı
“Real”ın sabiq baş məşqçisi Visente del Boske klubdakı yeni prezident seçimi kampaniyasında iştirak edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 75 yaşlı mütəxəssis, prezidentliyə namizəd Enrike Rikelmenin layihəsinə qoşulub.
Rikelme bildirib ki, Del Boske layihədə tamamilə könüllü və klubun xeyrinə fəaliyyət göstərəcək. Prezidentliyə namizəd daha əvvəl açıqlayıb ki, seçkilərdə qalib gələrsə, idman direktoru vəzifəsinə Raul Qonsales, klubun akademiyasının rəhbəri isə Fernando Yerro təyin ediləcək. Həmçinin, komandanın sabiq qapıçısı İker Kasilyasın da klub rəhbərliyində yer alacağı qeyd olunub.
“Real”da prezident seçkiləri bu ayın 7-də keçiriləcək. Hazırkı prezident Florentino Peresin əsas rəqibi 37 yaşlı iş adamı Enrike Rikelmedir.
Bizi Facebook-da izləyin



