
Kivudan adı “Real” və “Barselona” ilə hallanan futbolçu haqda açıqlama
“İnter”in baş məşqçisi Kristian Kivu komandanın müdafiəçisi Alessandro Bastoni ətrafında yayılan transfer şayiələrinə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis, “Real” və “Barselona”nın italiyalı futbolçuya marağı barədə xəbərləri normal hal kimi qiymətləndirib:
“Bastoni hazırda dünyanın ən güclü mərkəz müdafiəçilərindən biridir və “İnter” üçün çox vacib oyunçudur. O, bizə gələcəkdə də çox şey verəcək. Onun “Real” və ya “Barselona”ya keçəcəyi ilə bağlı şayiələr normaldır, çünki o, dünyanın ən yaxşı müdafiəçilərindən biridir. Amma hazırda bizim ən yaxşı oyunçularımızdandır və gələcəkdə də “İnter” üçün çox vacib olacaq”.
27 yaşlı futbolçunun “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, son mövsümdə 40 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



