
“Noyer karyeram ərzində gördüyüm ən yaxşı qapıçıdır”
“Arsenal”ın və Almaniya millisinin hücumçusu Kay Haverts, yığma komandadakı qapıçı rəqabəti barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, DÇ-2026 öncəsi milli komandaya qayıdan qapıçı Manuel Noyerin keyfiyyətlərini yüksək qiymətləndirib:
“Manuel Noyer karyeram ərzində gördüyüm ən yaxşı qapıçıdır. Onun keyfiyyətlərini sübut etməsinə ehtiyac yoxdur. Eyni zamanda, Oliver Bauman da çox yaxşı mövsüm keçirib. Belə güclü qapıçılara sahib olduğumuz üçün xoşbəxtik. Son qərarı isə baş məşqçi verəcək”.
Almaniya millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Kurasao, Fil Dişi Sahili və Ekvador yığmaları ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



