
Azərbaycan millisindən dünya kubokunda növbəti qələbə
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan dünya kubokunda növbəti matçını keçirib.
Komanda.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda Çexiya ilə üz-üzə gəlib. Görüş Azərbaycan millisinin 14:11 hesablı qələbəsi ilə başa çatıb.
Yığma saat 20:55-də başlayacaq növbəti matçda isə Polşa ilə qarşılaşacaq.
A qrupunda yer alan Azərbaycan millisi iyunun 1-də keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub – 13:19.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



