
ÇL-də mövsümün ən yaxşı oyunçusu bəlli oldu
2025/26 mövsümünün nəticələrinə əsasən UEFA Çempionlar Liqasının ən yaxşı futbolçusu bəlli olub.
Komanda.az xəbər verir ki, bu ada PSJ-nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliya layiq görülüb.
Kvaratsxeliya geridə qalan mövsümdə PSJ-nin heyətində ümumilikdə 16 matça çıxaraq 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Paris klubu ardıcıl ikinci mövsümdür Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırır. Sözügedən komanda ötən gün “Arsenal”ı (1:1, penaltilər 4:3) yenib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



