Qazaxıstan kubokunun qalibi bəlli oldu
Futbol üzrə Qazaxıstan kubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, həlledici oyunda “Kaysar” və “Atırau” klubları üz-üzə gəlib.
“Astana Arena”da keçirilən final matçında hesabı 67-ci dəqiqədə “Atırau” açıb. “Kaysar” məğlubiyyətdən 89-cu dəqiqədə qaçıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. Əlavə vaxtın da əsas hissəsi qolsuz bitib. “Kaysar” yalnız 120+2-ci dəqiqədə vurulan qol sayəsində meydanı qalib tərk edib.
Qeyd edək ki, bu, “Kaysar”ın tarixində ikinci belə uğurdu. Sözügedən klub ilk dəfə Qazaxıstan kubokunu 20 il əvvəl – 1998/99 mövsümündə qazanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin