Niderlandlı futbolçu “Qalatasaray”ı qane etməyib

“Qalatasaray”ın mövsümün əvvəlində icarəyə götürdüyü Noa Lanqla yollarını ayıracağı gözlənilir. İstanbul təmsilçisi futbolçunun satınalma hüququndan istifadə etməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçinin qeyri-sabit çıxışı klub rəhbərliyini qane etməyib. Martda “Liverpul”la UEFA Çempionlar Liqası matçında aldığı ciddi barmaq zədəsi də onun performansına mənfi təsir göstərib. Nəticədə, 26 yaşlı futbolçunun Türkiyə çempionatında möhkəmlənməsi çətinləşib və onun böyük ehtimalla, yenidən “Napoli”yə qayıdacağı bildirilir.

Buna baxmayaraq, Lanq mövsüm ərzində “Qalatasaray”la birlikdə Türkiyə Super Liqasının çempionu olmağı bacarıb. O, İstanbul klubunda ümumilikdə gözləntiləri tam doğrultmasa da, bəzi vacib oyunlarda diqqət çəkməyi bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button