Peres “Real” üçün titullu və təcrübəli məşqçi axtarır

“Real”ın prezidenti Florentino Peres komandanı növbəti mövsümdə daha təcrübəli və titullu baş məşqçiyə tapşırmaq niyyətindədir.

Komanda.az “Carrusel Deportivo”-ya istinadən xəbər verir ki, “kral klubu” yenidən gənc və perspektivli mütəxəssisdən çox, böyük təcrübəyə malik məşqçiyə üstünlük verməyi planlaşdırır. Bu səbəbdən, Alvaro Arbeloanın rəhbərlik etdiyi hazırkı layihənin davam etdirilib-etdirilməyəcəyi sual altındadır.

Mövsümün ilk yarısında komandanı Xabi Alonso çalışdırırdı, yanvarda isə Arbeloanın rəhbərliyi altına keçdi.

“Real” La Liqada 31 turdan sonra 70 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 9 xal geri qalır.

Bundan əlavə, Madrid təmsilçisi UEFA Çempionlar Liqasında da mübarizəni dayandırıb. Komanda turnirin 1/4 final mərhləsində “Bayern”ə iki oyunun nəticəsində 4:6 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button