
“Barselona” iki müdafiəçi arasında seçim edəcək
“Barselona” heyətini gücləndirmək üçün hər iki cinahı eyni səviyyədə bağlaya bilən universal müdafiəçi transfer etmək niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Kataloniya klubu hazırda iki namizədi nəzərdən keçirir: “Yuventus”un üzvü Andrea Kambiaso və “Atalanta”ya məxsus olub bu mövsüm icarə əsasında “Kalyari”də çıxış edən Marko Palestra. Bu futbolçular fərqli oyun üslubuna malikdir və bu səbəbdən, klub daxilində seçimlə bağlı müzakirələr davam edir.
Kambiaso cari mövsümdə bütün turnirlərdə 42 oyunda iştirak edərək, 3 qol vurub və 4 məhsuldar ötürmə verib. Palestra isə 32 matça çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



