Emin oynadı, “Kalmar” yenə uduzdu
Futbol üzrə İsveç çempionatında 26-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Helsinqborq”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Emin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. Millimizin sabiq üzvü 24-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Kalmar” hazırda 22 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin