“Barselona” portuqaliyalı futbolçunu istəmir

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını “Barselona”da davam etdirmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun agenti Jorje Mendeş Kataloniya klubu ilə mümkün müqavilə haqda danışıqlara başlayıb. Lakin ispaniyalılar Bernardonu pulsuz olsa belə, transfer etmək istəmirlər. “Barselona” transferi uğurla başa vurub-vurmayacağından əmin deyil.

Silvanın “Mançester Siti” ilə hazırkı müqaviləsinin müddəti 2025/2026 mövsümünün sonunda başa çatır və bu da onu tezliklə azad agentə çevirə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button