“Liverpul” Mareska üçün ən yaxşı seçim olardı”

“İnter”in və İtaliya millisinin sabiq oyunçusu Marko Materatsi “Çelsi”nin keçmiş baş məşqçisi Enzo Mareska haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, italiyalı məşqçinin gələn mövsüm də İngiltərə Premyer Liqasında işləmək şansının olduğunu bildirib:

“Mareska “Real”ı çempion edə bilərmi? Bəli, niyə də olmasın! O, “Sevilya”da çıxış etdiyi (2005-2009) üçün ispan dilində çox yaxşı danışır. Amma düşünürəm ki, Mareskanın gələn mövsüm də İngiltərə Premyer Liqasında işləmək şansı var. “Liverpul” Mareska üçün ən yaxşı seçim olardı”.

Mareska bu ilin yanvarında “Çelsi”dən istefaya göndərilib. O, komandaya 2024-cü ildən rəhbərlik edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button