
“Bruno Fernandes Premyer Liqada ən yaxşı oyunçudur”
“Mançester Yunayted”in sabiq futbolçusu Ouen Harqrivs İngiltərə Premyer Liqasının bu mövsümündə kimi ən yaxşı oyunçu hesab etməsiylə bağlı suala cavab verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bruno Fernandes ən yaxşılar arasındadır. Hazırda o, Premyer Liqada yaradılan şanslar və məhsuldar ötürmələr baxımından ən yaxşı oyunçudur. Lakin “Arsenal” liqanı qazanarsa, ən yaxşı oyunçu ya Qabriel, ya da Deklan Rays olacaq. Qabriel bu mövsümün ən yaxşı müdafiəçisi olub”.
“Arsenal” 31 oyundan sonra 70 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



