“İspaniya millisi dünya çempionatının favoritidir”

“Barselona”nın və İspaniya millisinin müdafiəçisi Pau Kubarsi 2026-cı il dünya çempionatının favoritləri haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu milli komandasının turnirin əsas namizədi olduğunu deyib:

“Düşünürəm ki, İspaniya millisi dünya çempionatının favoritidir. Bizdə fantastik AVRO-2024 keçirildi, ona görə də favorit olaraq qalırıq. Amma başa düşürük ki, digər güclü komandalar da var”.

İspaniya yığması Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvay millilləriylə eyni qrupda oynayacaq. Komanda daha əvvəl bir dəfə, 2010-cu ildə dünya çempionatını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button