“Barselona” onun transferini DÇ-2026-ya kimi bitirmək istəyir

“Barselona” “İnter”in müdafiəçisi Alessandro Bastoni ilə müqavilə imzalamaq üçün işləri sürətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı futbolçuya ciddi maraq göstərir və onu əsas transfer hədəfi kimi müəyyənləşdirib.

“Barselona” rəhbərliyi danışıqları uzatmaq niyyətində deyil və razılaşmanı DÇ-2026-nın startına qədər yekunlaşdırmağı planlaşdırır. Mundial 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.

İtaliya millisi isə hələ turnirə vəsiqə qazanmayıb. Komanda pley-off mərhələsində Şimali İrlandiya yığması ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button