Sanço yenidən Almaniya klubunun formasını geyinə bilər

“Mançester Yunayted”in vingeri Ceydon Sanço yenidən Almaniyaya qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda icarə əsasında “Aston Villa”da çıxış edən futbolçu ilə Dortmund “Borussiya”sı maraqlanır.

Almaniya klubu daha əvvəl mediada yayılan xəbərləri təsdiqləyərək, Sançonu yenidən heyətinə qatmaq niyyətində olduğunu bildirib. Belə ki, 25 yaşlı futbolçu yay transfer pəncərəsində azad agent statusu alacaq və bütün təklifləri nəzərdən keçirəcək. “Borussiya” Sançonu transfer etməyə hazırdır, ancaq bu keçid yalnız maliyyə şərtləri razılaşdırılacağı halda baş tuta bilər.

İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 31 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. O, daha əvvəl 2017-2021-ci illərdə “Borussiya”nın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button