
Qirassinin iki “müştəri”si var
“Barselona” Dortmund “Borussiya”sının hücumçusu Seru Qirassi ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu 30 yaşlı futbolçu üçün danışıqlara başlamağa çalışacaq. Eyni zamanda, “Əl-İttihad” da forvardla maraqlanır və onun “Barselona”ya transferinə mane ola bilər. Səudiyyə Ərəbistanı klubu Qirassini komandadan ayrılan Kərim Benzemanın əvəzedicisi kimi görür.
30 yaşlı hücumçu bu mövsüm bütün yarışlarda 39 oyunda meydana çıxıb, 18 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



