
4 turnirin final oyunu üçün biletlər satışa çıxarılıb
UEFA, 2026-cı il klub turnirlərinin dörd finalı üçün biletləri bu gün satışa çıxarıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, biletlər yalnız UEFA-nın rəsmi saytında mövcuddur.
Qadınlar: Çempionlar Liqası finalı (23 may, Oslo) – biletlər 20–70 avro arasında;
Kişilər: Çempionlar Liqası finalı (30 may, Budapeşt) – biletlər 70, 180, 650 və 950 avro;
Avropa Liqası finalı (20 may, İstanbul) – biletlər 40–240 avro;
Konfrans Liqası finalı (27 may, Leyptsiq) – biletlər 25–190 avro.
Əvvəlki illərdə olduğu kimi, biletlərin əksəriyyəti həm komandaların azarkeşlərinə, həm də geniş ictimaiyyətə paylanacaq. Geniş ictimaiyyət üçün biletlər canlı növbə ilə deyil, lotereya sistemi ilə satışa çıxarılacaq.
Çempionlar Liqasının finalında stadiondakı yerlərin 40 faizdən çoxu finalçı komandaların azarkeşlərinə ayrılıb. Qadınlar arasında Çempionlar Liqasının finalında isə 60 faizdən çox bilet 40 avro və ya daha ucuz qiymətə təqdim olunacaq.
Bizi Facebook-da izləyin



