Paşayev üçün 90 dəqiqə və 3 xal
Futbol üzrə Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Lvov”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Aleksandriya” 9 turdan sonra 16 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin