
Buffonun millidəki taleyi pley-off oyunlarından asılıdır
Canluici Buffon İtaliya millisindəki gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, hazırda yığmada çalışan sabiq futbolçu komandanın 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyəcəyi halda millidən ayrılacağını bildirib.
İtaliya millisi mundiala vəsiqə qazana bilməsə, ardıcıl üçüncü dünya kubokunu buraxacaq. Komanda yarımfinalda Şimali İrlandiya millisi ilə qarşılaşacaq. Onları məğlub etsələr, finalda Uels və ya Bosniya və Herseqovina millilərindən biri ilə qarşılaşacaqlar.
İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



