“Mən bəhanə axtarmıram” – “Real”ın baş məşqçisi

“Real”ın baş məşqçisi Alvaro Arbeloa komandanın son uğursuz nəticələrinin aparıcı futbolçuların yoxluğu ilə əlaqəli olmadığını bildirib. Komanda İspaniya La Liqasının 26-cı turunda evdə “Xetafe”yə məğlub (0:1) olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Çud Bellingem və Kilian Mbappenin zədə səbəbindən heyətdə olmamasının məğlubiyyətlər üçün bəhanə olmadığını deyib:

“Mbappe və Bellingem bəhanə kimi? Xeyr, bu, “Real”dır və onlarsız da oyunlarda qalib gəlmək üçün kifayət qədər oyunçumuz var. Mən bəhanə axtarmıram”.

“Real” hazırda 60 xalla La Liqada turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button