
Keyn “qızıl buts” yarışında birincidir
“Bayern”in forvardı Harri Keyn Avropanın ən məhsuldar hücumçusuna verilən “qızıl buts” mükafatı uğrunda mübarizədə inamla liderliyini davam etdirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu Almaniya Bundesliqasının cari mövsümündə artıq 30 qol vuraraq, 60 xal toplayıb.
İngiltərəli bombardir ən yaxın izləyicisini xeyli qabaqlayır. “Real”ın fransalı forvardı Kilian Mbappe La Liqada 23 qola imza ataraq, 46 xal toplayıb.
İlk üçlüyü isə “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland tamamlayır. O, İngiltərə Premyer Liqasında 22 dəfə fərqlənərək, 44 xal qazanıb.
Ötən mövsüm “qızıl buts” mükafatının sahibi məhz Mbappe olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



