“Azərbaycanda bir nömrəli idman növü cüdo, sonra gimnastikadır” – Müsahibə

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin köməkçisi vəzifəsində çalışan Mario Tokiç müsahibə verib.

Komanda.az xəbər verir ki, “spox.com” saytına danışan Tokiç, Azərbaycan futbolu haqda da fikirlərini bildirib:

  • Hazırda Azərbaycan millisində çalışırsız. Xəzər dənizi ətrafında yaşayış necədir?
  • İlk günlər təəccübləndim və həyəcanlandım. Bu işdə işləməzdən əvvəl heç vaxt Azərbaycanda olmamışdım. Ölkə haqda çox az məlumatım var idi. Futbolçular və ya məşqçilər burda nə qədər şanslı olduqlarını deyirdilər ki, bunu indi özüm də görə bilirəm. Böyük potensiala və gözəl insanlara malik ölkədir. Mənzərə qismən nəfəskəsicidir. Neft və qaz ölkəyə pul qazandırır. Xüsusən də, Bakıda bundan yaxşı istifadə olunur. Burdakı həyat tərzini inanılmaz dərəcədə xoşlayıram: iqlim, yeməklər, insanlar… Yaz aylarında Xorvatiyada olurdum, həmçinin Vyanaya da gedirəm. Amma Bakı, xüsusən də, beynəlxalq oyunların keçirildiyi payızda həyatımın mərkəzi idi.
  • Azərbaycana necə getdiz?
  • Baş məşqçi Nikola Yurçeviç Xorvatiya televiziyasındakı təhlil yoldaşım idi. Təklifi alanda məndən ona yoldaşlıq edib-etməyəcəyimi soruşdu. Buna dərhal həvəslə yanaşdım. Nikola əla insandır və təcrübəsindən faydalana biləcəyim güclü məşqçidir. Bu, milli komandada ilk işimdir.
  • Klubdakı gündəlik həyat tərzindən uzaqlaşmaqdan razısız?
  • Qərarımdan məmnunam. Zaman bizim ən böyük problemimizdir. Yeni komanda qurmaq istəyirik. Matçdan 4-5 gün əvvəl çempionatda keçirilən oyunlardan sonra plan üzərində çalışmaq mümkün olur. Yanvarda futbolçularla 3-4 həftəlik təlim-məşq toplanışımız olacaq.
  • Komandanızda son durum necədir?
  • Beş komandadan ibarət olan güclü qrupda yer almışıq. Bu üzdən 6-cı səbətdən gələn asan rəqib yoxdur. Çətin olacağını bilirdik. İndiyə qədər 6-7 gənc futbolçunu yığmaya cəlb etmişik. Yaxın 10 il ərzində Azərbaycan futbolu üçün yaxşı baza formalaşdırdığımızı demək olar.
  • Azərbaycanda futbol nə qədər vacibdir?
  • Ölkədə futbola çox sərmayə qoyulur. Bir nömrəli idman növü cüdudor, həmçinin gimnastika da populyardı. Bir neçə dünya səviyyəli idmançı var. Futbol bundan sonra gəlir. Ölkənin əmsalı aşağıdır. Bu da mənə Avstriyanın əvvəlki dövrlərini xatırladır. Oyunumuzu ortamüddətli dövrdə addım-addım inkişaf etdirməliyik. Rəhbər vəzifələrdə olan insanlar yüksək hədəflərə sahibdir və idman üçün çox şey edirlər. Belə insanlarla işləmək çox əyləncəlidir. İnkişaf üçün zamana ehtiyac duyduğumuzu bilirlər. Müasir futbola hazır olmaq üçün istedadlarımızı açmalıyıq. Yaxşı futbolçularımız çoxdur, yüksək səviyyəyə çatmaq üçün çalışırıq.
  • Azərbaycan futboluna Avropada bəzən tənqidi baxışlarla baxılır. Sosial-siyasi problemlərdən və avtoritar rejimdən yayınmaq üçün futbol sizə kömək edirmi?
  • Bir çox insan ümumiyyətlə Azərbaycanı tanımır, çox yanlış məlumat yayılıb. Bura gələn hər kəs həyəcanlanır. Bakı Avropanın ən yaxşı şəhərlərinin həyat keyfiyyəti ilə ayaqlaşa bilən müasir şəhərdir. Təlim uşaqlar və gənclər üçün pulsuzdur. Bütün insanlar sosial təminatla əhatə olunur və tibbi müalicə ilə bağlı narahatlığa əsas yoxdur. Təhlükəsizlik maksimum səviyyədədir. Buna görə də, əhali prezidentdən çox razıdır. Bu, hər gün küçədə söylənilə bilər.
  • Burda futbol hansı rolu oynayır?
  • Futbol infrastrukturu əladır. Avropa Liqasının final matçının təşkilindən hər kəs razı qaldı. Yalnız evdə qalan insanlar tənqidlərini bildirdilər. UEFA-nın siyasəti yeni bazarların açılması yönündədir. Azərbaycan belə böyük oyunlara layiqdir. Avropanın daxilində bütün sərhədlər açıqdır, niyə idmanda eyni olmamalıdır?
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button