
“Şansları dəyərləndirmək lazım idi” – Berdıyev
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçə haqda bunları deyib:
“Bu gün imkanlarımız oldu, lakin onları həyata keçirmək lazım idi. Əsas odur ki, rəqib bir dəfə də olsun qapımıza zərbə vura bilmədi.
Futbolçuların fiziki vəziyyətləri hazırda qaneedicidir. Kubok oyunlarında daha yaxşı çıxış etməyə çalışacağıq və çempionatdakı mübarizəyə yönələcəyik”.
Nəzrin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



