“Liverpul”un Soboslai planı

“Liverpul” rəhbərliyi hücumçu Məhəmməd Salahın bu yay komandadan ayrılma ehtimalını nəzərə alaraq, yarımmüdafiəçi Dominik Soboslaini onun mövqeyinə gətirməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, rəhbərlik macarıstanlı futbolçunun oyun keyfiyyətinə əmin olduğuna görə, onun Salahı əvəz etməsini istəyir.

Soboslai 2023-cü ildən bəri “Liverpul”da çıxış edir. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 37 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “qırmızılar”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button