“Sizi əmin edə bilərəm ki, ayrıldıqdan sonra da “Mançester Siti”ni dəstəkləyəcəm”

“Mançester Siti”nin futbolçusu Bernardo Silva komandadan ayrıldıqdan sonra da “şəhərlilər”i dəstəkləməyə davam edəcəyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu özünü komandanın bir hissəsi kimi gördüyünü deyib:

“Mən Mançesterdən deyiləm, amma həyatımın doqquz ilini burada keçirdiyim üçün özümü qismən buralı kimi hiss edirəm. Sizi əmin edə bilərəm ki, ayrıldıqdan sonra da klubu dəstəkləməyə davam edəcəm. Özümü klubun bir hissəsi, sadəcə oyunçu yox, azarkeşlərdən biri kimi hiss edirəm. Buna görə də, kapitan sarğısı şübhəsiz ki, mənim üçün xüsusi bir şərəfdir. Həyat yoldaşımla burada tanış oldum və ilk qızım burada böyüdü. Hətta 60 yaşım olanda belə, bu şəhəri həyatımın ən vacib və xoşbəxt dövrü kimi xatırlayacam”.

Silva 2017-ci ildə “Monako”dan “Mançester Siti”yə keçib. 31 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti bu yay başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button