Hakimin ayağı sındı, sonadək meydanda qaldı
Futbol üzrə Hollandiya kubokunun 1/64 final mərhələsi çərçivəsində keçirilən “Kvik Boys” – “Katveyk” oyununda maraqlı hadisə qeydə alınıb.
Komanda.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Rob Dipernik matçın əsas vaxtına əlavə olunmuş ilk dəqiqədəcə ağır zədə alıb. O, adi bir vəziyyətdə ayağını uğursuz şəkildə yerə basıb və dərhal oyunu dayandırmalı olub. Həkimlər kəskin ağrılar hiss edən referiyə ilkin yardım göstəriblər və o, oyunu davam etdirib. Maraqlıdı ki, həmin vaxt hesab 2:2 olduğundan, qalibi müəyyənləşdirmək üçün əlavə vaxta da ehtiyac duyulub. Qarşılaşmaya dördüncü hakim təyin olunmadığından, Diperink daha yarım saat meydanda qalıb.
Matçdan sonra tibbi müayinədən keçən hakimin ayaq biləyində sınıq aşkarlanıb. Onun bir müddət hakimlik edə bilməyəcəyi bildirilir.
Qeyd edək ki, qarşılaşma “Katveyk”in 3:2 hesablı qələbəsiylə başa çatıb.
Bizi Facebook-da izləyin