
Laporta: “Barselona” La Liqa çempionluğunu qazanacaq”
“Barselona”nın sabiq prezidenti Xuan Laporta kataloniyalıların bu mövsüm İspaniya La Liqası çempionluğunu qazanacağını bildirib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, o, bütün çətinliklərə baxmayaraq, La Liqanı qazanacaqlarını söyləyib:
“Son üç finalda “Real”ı məğlub etdik. İndi geri qayıdıb “Atletiko”ya (“Barselona” İspaniya kubokunun yarımfinalının ilk matçında “Atletiko”ya 0:4 hesabı ilə məğlub olub) meydan oxumalıyıq. Komandamız bütün çətinliklərə baxmayaraq, La Liqa çempionluğunu qazanacaq”.
“Barselona” İspaniya La Liqasının 25 turundan sonra 61 xalla turnir cədvəlinə başçılıq edir. “Real” 60 xalla ikinci, “Vilyarreal” isə 51 xalla üçüncüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



