AFFA oyuna çıxmayan iki komandanı cəzalandırdı

AFFA İntizam Komitəsi oyuna çıxmayan Region Liqasının iki komandasını cəzalandırıb.

Komanda.az xəbər verir ki, “Qobu” – “Crystal” oyunu qonaq komandanın təyin edilən vaxtda meydanda olmadığına görə ikincilərə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni aqibəti “Dirçəliş” komandası da yaşayıb. Onlar “Universal Football Academy” ilə görüşdə adı protokolda olmayan Ələkbər Əliyevi meydana buraxdıqları üçün 0:3 hesablı texniki məğlubiyyətlə üzləşiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button