
Laporta “Real”ı tənqid etdi: “Bəşəriyyət tarixində belə bir şey olmayıb”
“Barselona”nın sabiq prezidenti Xuan Laporta yenidən “Real” və La Liqada hakimlik mövzusu ilə bağlı sərt açıqlama verib.
Onun sözlərinə görə, “kral klubu”nun rəsmi kanalında hakimlərin “Barselona”ya kömək etdiyi barədə səsləndirilən iddialar reallığı əks etdirmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Laporta, “Real” nümayəndələrinin özlərinin belə, bu fikirlərə inanmasının çətin olduğunu bildirib:
“Şübhə edirəm ki, klubun kanalının əməkdaşları hakimlərin komandalarına mane olub “Barselona”ya kömək etməsi barədə danışdıqlarına özləri inanırlar. Bəşəriyyət tarixində belə bir şey olmayıb. Hakimlərin Texniki Komitəsində vəzifələr həmişə “Real”la əlaqəsi olan sabiq futbolçular və ya idarəçilər tərəfindən tutulub”.
Kataloniyalılar İspaniya çempionatının növbəti turunda, fevralın 28-də doğma meydanda “Vilyarreal”la qarşılaşacaq. Hazırda La Liqada turnir cədvəlinə başçılıq edən “Barselona” ən yaxın izləyicisi “Real”ı 1 xal qabaqlayır.
Bizi Facebook-da izləyin



