Azərbaycan millisi Moldovada ilk yoxlama oyununda qalib gəldi

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Moldovada keçirdiyi ilk yoxlama oyununda qələbə qazanıb.

Komanda.az xəbər verir ki, U-19 hazırlıq prosesi çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gəlib.

Vadul lui Voda şəhərindəki Texniki Mərkəzdə baş tutan qarşılaşma millimizin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Komandanın qollarını Nicat Nərimanov (61-ci dəqiqə) və İbrahim Babayev (82-ci dəqiqə) rəqib qapısından keçiriblər.

Bu komandalar arasında ikinci yoxlama oyunu fevralın 27-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button