İtaliyalı müdafiəçi “Barselona”nın addım atmasını gözləyir

“İnter”in müdafiəçisi Alessandro Bastoni karyerasını İspaniyada davam etdirmək variantını nəzərdən keçirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu müqaviləsini yeniləməzdən əvvəl “Barselona”nın ona olan marağının nə dərəcədə ciddi olduğunu öyrənmək istəyir. Son aylarda kataloniyalıların italiyalı müdafiəçi ilə yaxından maraqlandığı bildirilir.

Bastoninin klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir. Buna baxmayaraq, “İnter” rəhbərliyi əsas müdafiəçilərindən biri ilə yeni sözləşmə imzalamaqda maraqlıdır.

Milan təmsilçisi UEFA Çempionlar Liqasındakı çıxışını uğursuz başa vurub. Komanda pley-off mərhələsində Norveç “Budo Qlimt”inə iki oyunun nəticəsinə əsasən 2:5 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button