“Neftçi” ən böyük tribunalardan birinə Banişevskinin adını verdi

“Neftçi” klubu sabiq oyunçusu Anatoli Banişevskinin xatirəsini əbədiləşdirib.

Komanda.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, bu gündən etibarən “Neftçi”nin stadionunun ən böyük tribunalarından biri – “Cənub” tribunası Azərbaycan futbolunun əfsanəsi, anadan olmasından 80 il ötən Anatoli Banişevskinin adını daşıyacaq.

“Bununla “Neftçi” əfsanəvi “9 nömrə”nin adının əbədiləşdirilməsi yolunda növbəti addımı atır” – deyə, məlumatda bildirilib.

Bu gün Anatoli Banişevskinin anadan olmasından 80 il ötür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button