
“Flik indiyə qədər işlədiyim ən tələbkar məşqçidir”
“Barselona”nın portuqaliyalı müdafiəçisi Joao Kanselo komandanın baş məşqçisi Hans-Diter Flik haqqında fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssis haqda bunu deyib:
“Flik indiyə qədər işlədiyim ən tələbkar məşqçidir, amma mən bunu sevirəm. Mən bu çətinlikləri, son dərəcə sədaqəti sevirəm. Flik daim məndən driblinq etməyimi, fürsətlər yaratmağımı tələb edir və mən buna qadir olduğumu bilirəm”.
Kanselo qış transfer dövründə icarə əsasında “Əl-Hilal”dan “Barselona”ya keçib. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti bu mövsümün sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



