Blatter: “Dünya çempionatı viza verməyən ölkədə keçirilməməlidir!”

FİFA-nın sabiq prezidenti Yozef Blatter ABŞ, Kanada və Meksikada keçirilməsi planlaşdırılan 2026-cı il dünya çempionatı öncəsi ABŞ-nin siyasətini tənqid edib. Daha əvvəl ABŞ prezidenti Donald Tramp dünya çempionatında iştirak edənlər də daxil olmaqla 70-dən çox ölkənin vətəndaşları üçün vizaların dayandırılması barədə sərəncam imzalayıb.

Komanda.az CBC-yə istinadən xəbər verir ki, Blatter, həmçinin, Trampın və FİFA prezidenti Canni İnfantinonun maliyyə məsələlərinə diqqət yetirməsinə, bunun azarkeşlərin ziyanına işləməsinə diqqət çəkib:

“Dünya çempionatı viza verməyən ölkədə keçirilməməlidir! ABŞ-nin hər şeyə qarşı nüfuzdan salma siyasəti var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button