
“Napoli”də oynayır, “Atalanta” ürəyimdədir” deyir
“Napoli”nin hücumçusu Rasmus Hoylund futbol karyerasına başladığı “Atalanta”ya hələ də xüsusi sevgi bəsləyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu klubla keçirdiyi mövsümdən və daha sonra necə inkişaf etdiyindən danışıb:
“Atalanta” ürəyimdədir, birlikdə unudulmaz bir mövsüm keçirdik. Amma indi “Napoli”ni sevirəm. Bu mövsümdən zövq alıram. Necə dəyişdim? İtaliyada yetkinləşdim, fiziki cəhətdən gücləndim və oyunum da yaxşılaşıb. Həmçinin, səbrimi də inkişaf etdirdim. Berqamoda belə bir şey yox idi. İndi enerjimdən ağıllı şəkildə istifadə etməyi öyrənmişəm”.
“Atalanta” hazırda A Seriyasının turnir cədvəlində 6-cı yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



