Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının pley-off oyununu idarə edəcək.

Komanda.az xəbər verir ki, 38 yaşlı hakim Finlandiyada yerli “KuPS” və Polşanın “Lex” komandaları arasında keçiriləcək matça təyinat alıb.

Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. VAR-da ingiltərəli Stuart Attvell, AVAR-da Nicat İsmayıllı əyləşəcək.

Qarşılaşma fevralın 19-da, saat 21:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button