
“Barselona” bu göstəricidə “Valensiya”ya çatdı
“Barselona” İspaniya çempionatının 24-cü turunda uğursuz nəticə ilə üzləşib. Kataloniya təmsilçisi səfərdə “Jirona”ya 1:2 hesabı ilə məğlub olub.
Komandanın problemləri ilk hissənin sonlarında başlayıb. Belə ki, Lamin Yamal təyin olunan penaltini qola çevirə bilməyib – 18 yaşlı vingerin zərbəsi dirəyə dəyib. Bununla da “Barselona” cari mövsümdə La Liqada üçüncü dəfə penalti qaçırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar bu göstəricidə “Valensiya” ilə birlikdə antirekorda şərikdirlər – hər iki komanda mövsüm ərzində üç penalti zərbəsindən yararlana bilməyib.
“Barselona” bu məğlubiyyətdən sonra turnir cədvəlinin zirvəsini əldən verib və liderliyi əzəli rəqib “Real” təhvil alıb. Komanda növbəti turda “Levante” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



