Flikdən Arauxoya “yaşıl işıq”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Ronald Arauxonu La Liqada “Jirona” ilə qarşıdakı matçda start heyətində oynadacaq.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, Arauxo artıq “Barselona” üçün vacib oyunlara zehni və fiziki cəhətdən hazırdır. Baş məşqçinin onu “Jirona” ilə oyunda, eləcə də, Kral kubokunun “Atletiko”ya qarşı cavab görüşündə (“Barsa” ilk matçda 0:4 hesabı ilə məğlub olub) start heyətində oynadacağı gözlənilir.

Bir müddət əvvəl psixoloji durumuna görə istirahət götürən Arauxo yaxşı çıxış edərsə, birdəfəlik start heyətində oynaya biləcəyinə inanılır.

26 yaşlı uruqvaylı futbolçu bu mövsüm bütün yarışlarda 21 oyunda meydana çıxıb və 3 qol vurub. La Liqanın 24-cü turunun “Jirona” ilə “Barselona” arasındakı oyunu bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button