“Mən olsaydım, “Liverpul”a 0:4 hesablı məğlubiyyətdən sonra Valverdeni qovardım”

“Barselona” klubunda növbəti seçkilərdə prezident postuna namizəd olan Viktor Font, Kataloniya təmsilçisinin baş məşqçisi Ernesto Valverde haqda açıqlama verib.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan Font, Valverdenin “Barselona”ya uyğun məşqçi olmadığını deyib:

“Valverde yaxşı, dürüst məşqçidir, ancaq onun rəhbərliyi altında “Barselona” öz imicini zədələyir. Mən olsaydım, ötən il “Liverpul”a 0:4 hesablı məğlubiyyətdən sonra Valverdeni qovardım. Ancaq rəhbərlik başqa şeylər düşündü.

Valverde bu mövsüm “Barselona”nı La Liqada çempion edə bilər. Amma Çempionlar Liqasındakı şanslar çətin görünür. Valverdeni “Barselona”da uzunmüddətli baş məşqçi kimi görmürəm”.

2021-ci ildə “Barselona”da prezident postuna seçkilər keçiriləcək. Klubun hazırkı prezidenti Xosep Maria Bartomeudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button