
“Qarabağ”ın futbolçusu 6 aya yaxın olmayacaq
“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub. Həkimlərin rəyinə əsasən, onun müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək.
Komanda.az kluba istinadən xəbər verir ki, “Qarabağ”ın digər futbolçusu Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.
Komandanın digər üzvü Kadir Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.
Hər üç futbolçunun müalicə prosesi klubun tibbi heyətinin nəzarəti altında davam edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



