Noyer milli ilə nə vaxt vidalaşır?

“Bavariya”nın və Almaniya milli komandasının qapıçısı Manuel Noyer yığmadakı karyerasını başa vurmağı düşünür.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 2020-ci ildə keçiriləcək Avropa çempionatı 33 yaşlı qolkiperin yığma ilə son turniri ola bilər. Futbolçunun karyerasını başa çatdırmaq istədiyi və bunun üçün AÇ-2020-ni gözlədiyi bildirilir.

Bir müddət əvvəl “Barselona”nın şərəfini qoruyan Mark-Andre Ter Ştegenin özünün Almaniya millisində əsas qapıçı olmamasına etiraz etdiyi deyilirdi.

2009-cu ildən Almaniya millisinin şərəfini qoruyan Noyer, bu müddət ərzində 3 dəfə dünya çempionatında, 2 dəfə isə Avropa çempionatında Almaniya yığmasının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button