“Enrike insanlıq baxımından da mükəmməl məşqçidir” – PSJ-nin futbolçusu

PSJ-nin yarımmüdafiəçisi Vitinya komandanın baş məşqçisi Luis Enrikenin onun karyerasındakı rolunu yüksək qiymətləndirib.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu vacib insanlarla tanış olduğu üçün şanslı olduğunu bildirib:

“Uzun müddətdir oynayıram və şanslıyam ki, həm şəxsi, həm də peşəkar həyatda bir çox vacib insanlarla tanış olmuşam. Onların içində birincisi Luis Enrikedir, o, mənim karyeramda şübhəsiz ki, həlledici təsir göstərib. Bəli, o bir az ciddi və tələbkardır, amma mən bunu sevirəm, çünki onunla yalnız inkişaf etmək mümkündür. O, yalnız texniki və taktiki cəhətdən deyil, həm də insanlıq baxımından mükəmməl məşqçidir”.

25 yaşlı futbolçu 2022-ci ildə Paris klubuna qoşulub. Ancaq daha vacib mövqeyə komandanın başına Enrike gələndən sonra – 2023-cü ildən çıxıb. Onun komandası ötən mövsüm UEFA Çempionlar Liqasını qazanıb, özü isə 2025-ci ildə “qızıl top” uğrunda səsvermədə üçüncü yerə layiq görülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button