
Baş məşqçi Vlahoviçin dönüş tarixini açıqladı
“Yuventus”un baş məşqçisi Luçano Spaletti komandanın hücumçusu Duşan Vlahoviçin bərpa müddəti barədə danışıb.
Serbiyalı forvard A Seriyasının 13-cü turunda “Kalyari” ilə oyuna (2:1) start heyətində çıxsa da, zədələndiyi üçün matçın 31-ci dəqiqəsində meydanı tərk etməli olmuşdu.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Vlahoviçin dönüş tarixi ilə bağlı bunları deyib:
“Vlahoviçin bərpa müddəti? Düşünürəm ki, o, iki-üç aya qayıdacaq. Amma dəqiq məlumatı həkimlər daha sonra verəcək”.
25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 17 matçda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



