
Serbiyalı futbolçu “Yuventus”dan yeni müqavilə gözləyir
“Yuventus” yarımmüdafiəçisi Filip Kostiçin nümayəndələri ilə danışıqlar aparacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş yaxın günlərdə baş tutacaq. Serbiyalı futbolçunun Turin klubu ilə hazırkı müqaviləsinin müddəti gələn yay başa çatır və o, sözləşməni 2028-ci ilə qədər uzatmağa ümid edir.
33 yaşlı yarımmüdafiəçi bu mövsüm “Yuventus”un heyətində bütün yarışlarda 9 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



